Bakı zəhər Prokurorluğu və Baz Polis idarəsi həbs olunan gənclərlə bağlı məlumat yayıb

img

11-07-2009 [01:50]


Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində vətəndaş Adnan Hacızadənin bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən ?Lebonese? restoran-barında xuliqanlıq hərəkətləri törətməsi ilə əlaqədar onun və tanışı Emin Abdullayevin (Milli) həbsinin siyasiləşdirilməsinə cəhdlər göstərilir. Bununla əlaqədar bildirilir ki, 2009-cu il iyulun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər ?Lebonese? restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər. Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçıb, lakin üç nəfəri saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib. Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunub. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilib, Vüsal Məmmədov isə kəllə-beyin xəsarəti aldığından stasionar müalicədədir. Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 221.2.1 maddəsi ilə cinayət işi başlanıb. Adnan Hacızadə və Emin Abdullayev şübhəli şəxs qismində saxlanılıb və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak edib. Sonradan rəsmi orderlə müraciət etmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulublar. İstintaq zamanı Vüsal Məmmədov və Babək Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb dindirilib. Hadisə yerində Adnan Hacızadə və Emin Abdullayev ilə eyni masada əyləşmiş Orxan Qafarovun şahid qismində ifadəsi alınıb, Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər görülür. Səbail Rayon Məhkəməsi tərəfindən 10 iyul 2009-cu il tarixdə Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İş üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması, habelə bir sıra qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciət etmələri baxımından cinayət işinin istintaqı nəzarətdə saxlanılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA