Yol qəzasında 17 nəfər yaralanıb

img

09-07-2009 [02:16]


Şəki şəhəri ərazisində, şəhər sakini Çingiz Abdullayev idarə etdiyi ?VAZ-2109? markalı avtomaşınla həmyerlisi Vüqar İsmayılovu vurub. Nəticədə V.İsmayılov hadisə yerində ölüb. Nəsimi rayonu A.Mustafayev küçəsi ev 12-nin qarşısında müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Sadiq Muradov vurulub. Nəticədə xəsarət almış S.Muradov xəstəxanaya yerləşdirilib. Siyəzən rayonu Beşdam kəndi ərazisində isə Sumqayıt şəhər sakini Allahverdi Əliyevin idarə etdiyi ?QAZ-52? markalı və Dəvəçi rayon sakini Təbriz Məmmədovun idarə etdiyi ?Hyundai? markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və 17 sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan 15 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA