Akademiyadakı qanlı olaydan sonra DiN-in Baz Mühafizə idarəsinə müraciətlər artıb

img

08-07-2009 [11:51]


"Dövlət Neft Akademiyasında baş verən hadisədən sonra Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə təhsil obyektlərinin mühafizəsi ilə bağlı müraciətlər artıb". Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev məlumat verib. İdarə rəisi bildirib ki, hadisədən sonra bu məsələyə Təhsil Nazirliyində baxılıb. Onun sözlərinə görə, yəqin ki, yeni tədris ilindən müraciət olunarsa, rəhbərlik etdiyi idarə tərəfindən həmin obyektlərə mühafizəçi təşkil olunacaq. İdarə rəisinin sözlərinə görə, bu hadisədən əvvəl də Mühafizə İdarəsinə müəssisələrin, obyektlərin mühafizəsi ilə bağlı müraciətlər olub və idarə lazım olan mühafizəni təşkil edib: "Biz istənilən idarənin mühafizəsini təşkil etməyə hazırıq. Mühafizə idarəsinin müasir avadanlıqlarla təşkil olunması nazir Ramil Usubovun diqqətindədir. Dünyanın ən müasir texnikası Azərbaycana gətirilib və mühafizədə istifadə olunur". M. Quliyevin sözlərinə görə, baş mühafizə idarəsi özü-özünü maliyyələşdirmə prinsipi ilə işləyir və idarə hər bir müəssisəni mühafizə etməyə hazırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA