Nöqsanlara yol verən 40 hakimin səlahiyyətlərinə xitam verilib

img

07-07-2009 [03:59]


?Hakimlərin iş yükünün azaldılması, bununla da işlərə daha keyfiyyətli baxılmasının təmin edilməsi məqsədilə hakim ştatlarının sayı 50 faiz artırılıb. 160 nəfərədək yüksək hazırlıqlı hakimliyə namizəd ən mütərəqqi qaydalarla seçilib hakim təyin edilib. Fəaliyyəti mənfi qiymətləndirilən və nöqsanlara yol verən 40-dək hakimin səlahiyyətlərinə xitam verilib?. Bu barədə Məhkəmə-Hüquq Şurasından Müstəqil İnformasiya Agentliyinə məlumat verilib. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir, bu sahədə beynəlxalq təşkilatlarla sıx əlaqələr qurularaq, onların imkanlarından səmərəli istifadə olunur. ATƏT tərəfindən həyata keçirilən məhkəmələrin monitorinqi layihəsi üzrə hazırlanan aralıq hesabatı Məhkəmə-Hüquq Şurasında şura üzvlərinin, yüksək instansiya məhkəmələri hakimlərinin, məhkəmə sədrlərinin, habelə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və Vəkillər Kollegiyası nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Qeyd olunub ki, Ədliyyə Nazirliyi tərəfindən məhkəmə monitorinqləri mütəmadi keçirilərək, qanunvericiiyin pozulması və digər neqativ hallara yol verilməsinə görə bir çox hakimlər intizam məsuliyyətinə cəlb edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülüb. İclasda ATƏT tərəfindən həyata keçirilən bu layihənin də və obyektiv monitorinqin əhəmiyyəti vurğulanaraq, aralıq hesabatındakı məlumatlar müzakirə olunub, əvvəllər yol verilən bir çox nöqsanların aradan qaldırıldığı bildirilib, faydalı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA