Gəncədə cərrahiyyə zöbəsinin müdirinə qarzı sui-qəsd edilib

img

07-07-2009 [02:51]


Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın cərrahiyyə şöbəsinin müdirinə qarşı sui-qəsd edilib. Gəncə şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 09:00 radələrində 18 nömrəli məktəbin yaxınlığında naməlum şəxs 52 yaşlı Adnan İsmayılovun avtomobilinə partlayıcı maddə ataraq qaçıb. Özünü avtomobildən atan həkim ağır bədən xəsarəti alıb. Adnan İsmayılov dərhal xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat olunub. Cərrahın vəziyyəti orta ağır qiymətləndirlir. Hadisəni törədən Göygöl rayon Yeni Qızılca kənd sakini 36 yaşlı Fikrət Abbasov hadisədən dərhal sonra yaxalanıb. O, bu hərəkəti həkimin böyrək çatışmazlığından əziyyət çəkən anasını müalicə etmədiyi üçün etdiyini bildirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq silah və döyüş sursatları saxlama) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA