Qobustan qapalı həbsxanasında monitorinq keçirilib

img

06-07-2009 [04:52]


gn=left]2010/qobustan-hebsxana.jpg[/libt] İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan qəsəbəsində yerləşən qapalı həbsxanasında olub, məhkumlarla görüşüb, onlara hüquqlarını izah ediblər. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Ombudsmanın nümayəndələri ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən Şakir Rzaxanov, Rahib Məsimov, keçmiş ?OMON?çu Elçin Əmiraslanov, Rüstəm İbrahimov və müddətli həbs cəzasına məhkum olunan Arzu Orucovla da görüşüblər. Aparatın əməkdaşları müəssisənin tibb hissəsində yerləşdirilən E.Əmiraslanovun səhhəti ilə maraqlanıblar. O, söhbət zamanı müalicəsini davam etdirdiyini, onun üçün nəzərdə tutulan kameranın müvəkkilin müdaxiləsindən sonra təmir olunduğunu söyləyib, göstərdiyi köməyə görə ombudsmana təşəkkürünü bildirib. Ş.Rzaxanovla söhbət zamanı o, saxlanma şəraitindən narazılığını ifadə edib, məhkumlara verilən çörəyin keyfiyyətsiz olduğunu söyləyib. R.Məsimov cəzaçəkmə müəssisəsində ingilis dilini öyrənməsi üçün ona kasetli maqnitofon verilməsində ombudsmanın yardımçı olmasını xahiş edib. Cəzaçəkmə müəssisələrinin daxili intizam qaydalarına və cəzaların icrası məcəlləsinin tələblərinə uyğun olaraq, adı çəkilən maqnitofonun cəzaçəkmə müəssisələrinə gətirilməsi və saxlanması qadağan edilən əşyalar sırasında olduğu məhbusa izah edilib. Sonra ombudsmanın nümayəndələri həbsxanaya ümumi baxış keçirib, eyni zamanda onlara verilən qidanın, o cümlədən çörəyin keyfiyyəti ilə də maraqlanıblar. Araşdırma zamanı məlum olub ki, məhbuslara verilən çörəyin keyfiyyəti qənaətbəxşdir. Söhbət aparılan məhkumlar da bunu bildiriblər. Müvafiq qanunvericilikdə aparılan son dəyişikliklər nəticəsində ömürlük həbs cəzasına məhkum olunan şəxslərin kameralarında rəngli televizorlar quraşdırılıb. Məhkumlar gündə dörd saat televiziya proqramlarına baxa bilərlər. Bəzi məhbuslar gün ərzində televizora baxmaq üçün verilən vaxtın az olduğunu və artırılmasında yardımçı olmağı müvəkkildən xahiş ediblər. Müvəkkilin bu məsələ ilə bağlı bir qədər əvvəl Ədliyyə Nazirliyinə müraciət etdiyi məhkumlara bildirilib və yaxın vaxtlarda müvafiq qanunvericilikdə həmin məsələ ilə bağlı dəyişiklik gözlənildiyi diqqətə çatdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA