Gəncə və Bakı zəhərlərində narkotik satızı ilə məzğul olan zəxslər tutulub

img

03-07-2009 [04:36]


Gəncə və Bakı şəhərlərində narkotik satışı ilə məşğul olan şəxslər tutulub. Daxili İşlər Nazirlyinin məlumatına görə, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İlham Verdiyev 5 kiloqram 100 qram marixuananı satarkən tutulub. Bakının Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Mahir Muradovdan 2 kiloqram 759 qram marixuana götürülüb. Hər iki fakta bağlı Azərbaycan Cinayət Məcəlləsinin 234.2-ci (satışı məqsədi ilə külli miqdarda narkotik vasitələri, psixotrop maddələri saxlama, satma) maddəsi ilə cinayət işi başlanıb. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA