?Sədərək? ticarət mərkəzində yanğın baz verib

img

02-07-2009 [01:52]


Lökbatanda yeni məskunlaşan ?Sədərək? ticarət mərkəzində yanğın baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ticarət mərkəzində çalışan satıcılardan biri məlumat verib. Aldığımız məlumata görə, ticarət mərkəzinin ?Şirniyyat? adlanan yerində baş verib. Yanğın nəticəsində bir neçə mağaza tamamiylə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır. Verilən son məlumatlara görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıblar. Yanğın nəticəsində obyekt sahiblərinə ziddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA