Ramil Usubov: ?Ölkədə sabitliyin qorunması üçün polisin bütün qüvvələri səfərbər edilib?

img

02-07-2009 [11:20]


Bu gün Polis Günü qeyd olunur. Bu münasibətlə daxili işlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin şəxsi heyəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə cörə, R.Usubov jurnalistlərə açıqlamasında hazırda ölkədə sabitliyin, asayişin qorunması üçün polisin bütün qüvvələrinin səfərbər edildiyini bildirib: ?Bu gün Azərbaycanda əmin-amanlıq yüksək səviyyədə qorunur. Bu yaxınlarda ölkə prezidentinin bizə verdiyi qiymət bizim üzərimizə böyük məsuliyyət qoyub. Hər birimiz çalışacağıq ki, ən yaxşı fəaliyyətimizlə prezidentin qayğısını, etimadını doğrultmaq?. Nazir onu da vurğulayıb ki, polisin peşə bayramı ilə bağlı bir sıra tədbirlər planı da hazırlanıb: ?Bu bayramın ümumxalq bayramı kimi qeyd olunacağına əminəm. Azərbaycan xalqı polislə birdir. Polis həmişə çalışıb ki, xalqına, millətinə sədaqətlə xidmət etsin?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA