FHN-nin Yanğınsöndürmə xidməti rəisinin oğlu suda boğulub

img

01-07-2009 [06:33]


Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin rəisi mayor Fazil Bəhramovun oğlu Adil Bəhramov su kanalına düşərək boğulub. Hadisə iyunun 27-də Bəhramovlar ailəsinin yaşadığı Bildəsuvar rayonundakı məcburi köçkün qəsəbəsinin yaxınlığında baş verib. Qəsəbə sakinlərinin Müstəqil İnformasiya Agentliyinə verdikləri məlumata görə Dövlət İqtisad Universitetinin II kurs tələbəsi olan Adil Bəhramov yay imtahan sessiyasını yenicə başa vuraraq valideynlərinə baş çəkməyə gedibmiş. Hadisə baş verən gün saat 15,30 radələrində bir neçə gənclə Bəhramtəpə su kanalına çimməyə gedən A.Bəhramov yaxşı üzə bilmədiyindən boğulub. Qeyd edək ki, mərhum ailəsinin yeganə oğlan övladı idi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA