Bakıda 95 ədəd göyərçin oğrulayan zəxslər yaxalanıb

img

30-06-2009 [04:30]


Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları Bakıda göyərçin oğruları kimi iki aya yaxındır axtarışda olan şəxsləri saxlayıblar. Polis Bölməsindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, göyərçin oğurluğu hadisəsi mayın 3-də Bakıxanov qəsəbəsində törədilib. Belə ki, mayın 3-də sat 23.00-da naməlum şəxslərBakıxanov qəsəbəsinin sakini Sabir Bağırovun həyətinə girərək ona məxsus 95 ədəd göyərçini oğurlaıblar. 13-cü Polis Bölməsini əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğruların izinə düşmək mümkün olub. Göyərçin oğruları İlyas Əliyev və Rəşad Salamov iyunun 28-də yaxalanıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA