Bakının Nizami rayonunda partlayız olub: 2 nəfər yaralalanıb

img

29-06-2009 [07:45]


Nizami rayonunda yaşayan Sevinc Xəlilovanın həyətindəki hamamda təbii qazın sızmasından partlayış baş verib. Bu barədə MİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, hadisə ötən gün saat 20.55 radələrində baş verib. Belə ki, Nizami rayonu M.Ə.Sabir küçəsi ev 65-də yaşayan Sevinc Xəlilovanın həyətindəki hamamda təbii qazın sızmasından partlayış olub. Nəticədə S.Xəlilova və onun oğlu Kənan yanıq xəsarətləri alıblar. Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA