Polis Şöbəsi bez aydır rəissiz qalıb

img

26-06-2009 [05:33]


Cəbrayıl rayon Polis Şöbəsində gözlənilən kadr dəyişiklikləri hələki baş tutmur. Sabiq polis rəisi, polkovnik Vaqif Məhərrəmov beş ay əvvəl təqaüdə göndərilsə də, bu günə kimi, onu keçmiş müavini Mədəd Hümbətalıyev əvəz edir. Daxili işlər naziri Ramil Usubovun rəis postuna uğurlu namizəd tapmadığı bildirilir. Daxili İşlər Nazirliyindəki mənbənin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, nazir əvvəlcə polis polkovnik-leytenantı Mədəd Hümbətalıyevi Cəbrayıl rayon Polis Şöbəsinə rəis təyin etmək istəyib. Amma Mədət Hümbətalıyevlə bağlı DİN-ə bir neçə şikayət ərizəsi daxil olduğu üçün, Ramil Usubov bu qərarından daşınıb. Mənbə boş qalmış rəis vəzifəsinə təyinatın reallaşma tarixinin məlum olmadığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA