Salyanın icra bazçısı sakinlərə polis zoru ilə təzyiq göstərir

img

26-06-2009 [04:17]


Salyan rayon icra hakimiyyətinin başçısı Rasim Bəşirov sakinlərə təyziq göstərməyə başlayıb. Buna səbəb sakinlərin öz pay torpaqlarını ucuz satmaq istəməməsidir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə ?Demokratiyaya Yardım? İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. E.Məmmədovun sözlərinə görə, hazırda Salyanda icra başçısının bu yola əl atmasınından ciddi narazılıq yaranıb: ?Öncə onu deyim ki, Dünya Bankının maliyyə dəstəyi ilə ?İpək Yolu? çəkiləcək. Onun bir hissəsi Ələt-Astara avtomobil yoluna düşür. Bu yolun bir hissəsi də Salyanda pay torpaqların olduğu ərazidən keçəcək. Bu da Noxudlu, Çuxanlı, Aşağı Kürsənd, Arbatan, Marışlı, Xalaç və Abadkəndə düşür. Bütövlükdə 84 hektar pay torpağından avtomobil yolunun keçməsi nəzərdə tutulub. Ötən il Dünya Bankının Almaniyadan olan ekspertləri, eyni zamanda ?Azəravtoyol?un nümayəndələri Salyanda olublar və pay torpaqlarının sahibləri ilə görüşüblər. Mülkiyyətçilər sənədlərə imza atıblar ki, qiymətləndirmə aparıldı və hər hektar üçün 18 min manat pul ödənilməsi nəzərdə tutulub. Amma bu günlərdə məlum olub ki, həmin rəqəm 10 dəfə azaldılaraq, 1800 manata endirilib. Bu da sakinləri qane etmir. Ona görə də torpaq mülkiyyətçiləri tələb edirlər ki, ya onlara adekvat torpaq verilsin, ya da elə pul versinlər ki, bir iş görməyi bacarsınlar. Ancaq sakinlərin bu tələblərinə məhəl qoyulmur?. Hazırda Salyana Maliyyə Nazirliyinin müvafiq departamentinin əməkdaşlarının ezam olunduğunu vurğulayan E.Məmmədovun sözlərinə görə, nazirliyin əməkdaşları əvəlcə sakinlərlə xoş danışsalar da, artıq zor, təzyiq dili ilə danışmağa başlayıblar: ?Bir-iki gündür ki, rayon icra hakimiyyətinin başçısı, eyni zamanda maliyyə şöbəsi əhaliylə zor diliylə danışır. Tələb edirlər ki, siz torpaqları mütləq verməlisiniz. Bu gündən isə bu işə sahə müvəkkilləri də qarışıb. Ev-ev gəzərək, kompensasiya siyahısına məcburi şəkildə qol çəkdirirlər?. Birlik rəhbəri onu da nəzərə çatdırıb ki, məsələylə bağlı Dünya Bankının Bakı ofisinə müraciət ediblər. Müraciətin cavabında isə qeyd olunur ki, məsələ araşdırılacaq. E.Məmmədov sonda deyib ki, İcra Hakimiyyəti də məhz bu səbəbdən sakinlərə təzyiqləri artıraraq, məsələni qapatmaq istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA