Bakıda elektrik yarımstansiyasında partlayız baz verib

img

26-06-2009 [11:01]


Bu gecə Bakının Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsində yerləşən elektrik yarımstansiyada partlayış baş verib. Dövlət Neft Akademiyasının yataqxanasını, eləcə də ətraf binaları işıqla təchiz edən elektrik yarımstansiyasında güclü partlayış nəticəsində yanğın baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası yanğının miqyasının genişlənməsinin qarşısını alıb. Faktla bağlı nazirliyin təhqiqat qrupu araşdırma aparır. İlkin versiyaya görə, partlayışa səbəb qısaqapanma olub. Belə ki, isti hava şəraiti ilə əlaqədar yarımstansiyadakı transformatorlardan birinin naqillərinin qızdığı və bunun qısaqapanmaya səbəb olduğu ehtimal edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA