?GEN? MMC-nin əməkdazlarının məhkəməsi bazlayıb

img

25-06-2009 [07:02]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ?GEN? MMC-nin ilə dələduzluq etməkdə təqsirləndirilən əməkdaşlarının işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, məhkəmə qarşısında cavab verən ?GEN? MMC-nin rəhbəri Elbrus Əliyev və digər təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci və 178.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə 18 nəfər şəxs təqsirləndirilir, 373 nəfər zərərçəkmiş kimi tanınıb. Məhkəmə zalına daxil olan zərərçəkmişlər çox olduğundan hakim prosesin bu şəraitdə davam etdirilməsinin mümkün olmadığını bildirib. Məhkəmənin hazırlıq iclası iyulun 8-dək təxirə salınıb. Qeyd edək ki, Elbrus Əliyev 2008-ci il iyunun 11-də Bakı şəhər Baş Polis İdarəsi tərəfindən həbs olunub. Onun ifadəsi əsasında şirkətin baş mühasibi Əliyar Abbasov, daha sonra isə şirkət rəhbərinin müavini Nəbi Məmmədov və xəzinədar Həbib Ağayev, şirkət direktorunun kadrlarla iş üzrə müavini Mehbarə Cəfərzadə, Akif Məmmədov və Zahid Əliyev istintaqa cəlb olunublar. İttiham aktına görə, E.Əliyev vətəndaşların əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışları Asif Ələmovun adına ?Nəcibə?, Həbib Ağayevin adına ?GEN? və öz adına ?Uğurlar?, ?Elgün E? və ?GEN Holdinq? MMC-lər təsis edib. Həmin cəmiyyətlərin işçiləri Asif Ələmov, Həbib Ağayev, Mehbarə Cəfərzadə, Əliyar Abbasov, İlkin Səfərov, Ramil Əliyev, Kamran Əhmədov və Nəbi Məmmədovdan ibarət mütəşəkkil dəstə yaradıblar. Dəstə üzvləri 373 vətəndaşı aldadaraq onların 8 milyon 59 min 138 manat məbləğində pullarını dələduzluq yolu ilə ələ keçiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA