DiN yetkinlik yazına çatmayan qızı fahizəliyə cəlb edənləri yaxalayıb

img

24-06-2009 [04:46]


Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi insan alveri ilə məşğul olan bir neçə şəxsi yaxalayıb. Bu barədə məlumat DİN-in saytına yerləşdirilib. Məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba şəhər sakini Mətanət Yusifova gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar, Bakı şəhər sakini Nəzakət Səmədova gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayanı fahişəliyə cəlb etdiyi üçün, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abdullayev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi üçün tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA