Bakıda dələduzluqla məzğul olan ?polislər? həbs olundu

img

24-06-2009 [03:59]


Səbail Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun müxtəlif ərazilərində vətəndaşlara yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib onları polis bölmələrinə aparacaqları ilə hədələyərək pullarını alan cinayətkar dəstə ifşa edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, polis adından istifadə edərək dələduzluqla məşğul olan Sumqayıtda anadan olmuş, Sahil qəsəbəsində yaşayan 23 yaşlı Elvin Quliyev, Zəngilan rayon sakini 23 yaşlı Xanlar Məmmədov və Gədəbəy rayon sakini 22 yaşlı Vüqar Musayev özlərini polis əməkdaşı kimi təqdim edərək Milli Parkda istirahət edən Ağsu rayon sakini Məhəbbət Nəsirova hədə-qorxu gələrək 40 manat pulunu alarkən Səbail RPİ əməkdaşları tərəfindən yaxalanıblar. Dəstə üzvləri tutularkən Xanlar Məmmədov polis geyimində olub. İstintaq araşdırmaları ilə cinayətkar dəstəyə əvvəllər özəl mühafizə xidmətlərindən birində növbə rəisi vəzifəsində çalışmış Elvin Quliyevin rəhbərlik etdiyi müəyyən edilib. O, bir neçə vətəndaşı post-patrul xidmətində işə düzəldəcəyi adı ilə aldadaraq, onlara polis geyimləri verib və hər birinə lazımi sənədləri toplamağı tapşırıb. Polis geyimlərini Sumqayıtda fəaliyyət göstərən atelyelərdən birində sifariş verən Elvin Quliyev hazır polis geyimlərini işə düzəldəcəyi adı ilə aldatdığı 7 nəfərə paylayıb. Polis formasının verilməsi müqabilində o, əməl yoldaşları Xanlar Məmmədov və Vüqar Musayevin hər birindən 500 manat pul alıb. Cinayətkar əməllərini davam etdirən dəstə üzvləri - Xanlar Məmmədov və Vüqar Musayev isə parklarda istirahət edən gənc qız və oğlanlara yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək onları polis baş leytenantı formasında olan Elvin Quliyevin yanına gətirirlərmiş. Saxta polislərin hədələrindən sonra isə vətəndaşların pulları əllərindən alınırmış. Faktla bağlı cinayət işi qaldırılaraq istintaq aparılır. Cinayətkar dəstənin əməllərindən zərərçəkmiş vətəndaşlardan ?102? Zəng Xidmətinə və Səbail rayon Polis İdarəsindəki 493-02-02 nömrəli telefona zəng vurmaları xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA