Qaz sızmasından baz verən partlayızla bağlı məhkəmə bazlayıb

img

23-06-2009 [06:54]


Nəsimi rayon Məhkəməsində hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə yaşayış binasında baş verən partlayışla bağlı təqsirləndirilən şəxsin məhkəməsi başlayıb. Müstəqil İnformasiya Agentlyinin xəbərinə görə, məhkəmə qarşısında Şirvan şəhər sakini, 1988-ci il təvəllüdlü Orxan Əliyev cavab verir. O.Əliyevə qarşı Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və daha çox adam öldürmə), 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma), 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma), 187.3-cü (özgənin əmlakını ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə ittiham irəli sürülüb. Prosesdə zərərçəkən qismində ifadə verən Yardımlı rayon sakini Həsən Məmmədli hadisə yerindən keçərkən partlayış baş verdiyni bildirdi: ?Partlayış nəticəsində ətrafa sıçrayan beton qırıntıları dəyməsi nəticəsində əl və ayaq nahiyələrimdən ağır xəsarət aldım. Hadisədən sonra xəstəxanada 8 gün müalicə almışam?. Hadisə nəticəsində evinə ziyan dəyən Rza Cabbarzadə partlayış vaxtı mənzildə heç kəsin olmadığını bildirdi. Zərərçəkmişin sözlərinə görə, mənzili dövlət tərəfindən bərpa olunub. Daha sonra proses şahid ifadələri ilə davam etdirilib. Məhkəməyə gəlməyən şahid və zərərçəkənlərin prosesə məcburi qaydada gətirilməsi barədə qərar qəbul olunub. Proses iyunun 30-da davam etdiriləcək. Qeyd edək ki, bu il yanvarın 16-da Nəsimi rayonu Cavadxan küçəsi 30 ünvanında yerləşən binada qaz sızmasından partlayış baş verib. Nəticədə 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA