Qaçaqmalçılıqla məzğul olan bir neçə mütəzəkkil dəstə ələ keçdi

img

19-06-2009 [04:00]


Gömrük orqanları narkotik qaçaqmalçılığına qarşı mübarizəni daha da gücləndirərək konkret mütəşəkkil cinayətkar dəstələrin zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirirlər. Bu günlərdə ölkəmizin ərazisindən ?ötürücü məntəqə? kimi istifadə etməyə cəhd göstərən bir neçə cinayətkar qrup gömrük əməkdaşları tərəfindən zərərsizləşdirilib. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsinə İran İslam Respublikası istiqamətindən daxil olan Pakistan İslam Respublikası vətəndaşı Zada Amir Sher oğluna məxsus 2 ədəd çemodanın alt hissəsində, xüsusi qaydada gizlədilmiş gizli saxlanc yerindən polietilen paketlərə qablaşdırılmış ümumi xalis çəkisi 7 kiloqram 040 qram təşkil edən narkotik vasitə-heroin gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. İlkin təhqiqat zamanı Pakistan vətəndaşı Zada Amir Sher oğlunun izahatına əsasən Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Saray qəsəbəsindən çıxan yolun Bakı-Sumqayıt şossesi ilə kəsişən hissəsində Rəhimova Çinarə Vaqif qızı çemodanları Zada Amir Sher oğlundan təhvil alaraq Rəhimova Gülnarə Vaqif qızının idarə etdiyi ?Peugeot 206? markalı, 10 XS 206 dövlət nömrə nişanlı avtomaşına yerləşdirərkən saxlanılıblar. Eyni zamanda, Rəhimova Çinarə Vaqif qızının izahatına əsasən yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yerləşən bağ evinə keçirilmiş baxış zamanı Ç.V.Rəhimovanın təqdim etdiyi 2 ədəd üzərində ?Bless? sözü əks olunmuş çemodanların içərisində gizlədilmiş 7 ədəd bağlamada cəmi 6 kiloqram 990 qram narkotik vasitə-heroin aşkar edilərək götürülüb. DGK İstintaq İdarəsində mütəşəkkil dəstə tərəfindən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Cinayət Məcəlləsinin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb. Araşdırma zamanı müəyyən edilib ki, Zada Amir Sher oğlu Pakistan İslam Respublikasında istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə içərisində 7 kiloqram 040 qram narkotik vasitə-heroin gizlədilmiş çemodanları əldə edib və gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərkən saxlanılmışdır. İstintaq zamanı, həmçinin müəyyən edilmişdir ki, Rəhimova Çinarə Vaqif qızı şəxsiyyəti istintaqa məlum olmayan Nigeriya vətəndaşının narkotik vasitələri qəbul etmə və Çin Xalq Respublikasına aparma barədə olan göstərişinə əsasən bacısı Rəhimova Gülnarə Vaqif qızı ilə birlikdə Pakistan İslam Respublikası vətəndaşı Zada Amir Sher oğlundan 2 ədəd çemodanı təhvil alarkən saxlanılmışlar. Bundan əlavə, Rəhimova Çinarə Vaqif qızı əvvəlcədən Pakistan İslam Respublikası vətəndaşlarından satış məqsədilə qəbul etdiyi 2 ədəd çemodanda gizlədilmiş 6 kiloqram 990 qram narkotik vasitə-heroini bağ evində saxlamışdır. Beləliklə, Pakistan İslam Respublikası vətəndaşı Zada Amir Sher oğlu, Azərbaycan Respublikası vətəndaşları Rəhimova Çinarə Vaqif qızı və Rəhimova Gülnarə Vaqif qızı DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) əməkdaşları tərəfindən isə 6024 saylı ?Bakı-Urumçi? aviareysinin sərnişini, Özbəkistan Respublikası vətəndaşı Sayfilloeva Manzura Sayfilloevnanın əl yükünə keçirilmiş baxış zamanı qırmızı rəngli çemodanın içərisində olan 4 ədəd dəri gödəkçələrin astarından ümumi çəkisi 2026, 131 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İlkin təhqiqat zamanı Sayfilloeva Manzura Sayfilloevnanın izahatına əsasən Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Özbəkistan Respublikası vətəndaşı Khamaraeva Muyiba Muradovna və Pakistan İslam Respublikası vətəndaşı Hamid Ullah Baxbadşah saxlanılmışdır. DGK İstintaq İdarəsində qabaqcadan əlbir olmaqla satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Aparılmış ibtidai istintaq zamanı məlum olmuşdur ki, Özbəkistan Respublikası vətəndaşı Sayfilloeva Manzura Sayfilloevna həmyerlisi Khamaraeva Muyiba Muradovna və Pakistan İslam Respublikası vətəndaşı Hamid Ullah Baxbadşah ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ?Nizami? metrostansiyasının qarşısında Pakistan İslam Respublikasının istintaqa məlum olmayan vətəndaşından satış məqsədilə 2026, 131 qram çəkidə kustar üsulla hazırlanmış heroini qəbul edərək gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməyə cəhd göstərmişlər. Beləliklə, Özbəkistan Respublikası vətəndaşlarıı Sayfilloeva Manzura Sayfilloevna, Khamaraeva Muyiba Muradovna və Pakistan İslam Respublikası vətəndaşı Hamid Ullah Baxbadşah DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Astara Gömrük İdarəsinin Sərnişin-Nəqliyyat şöbəsinin gömrük yoxlama xəttində Azərbaycan Respublikası vətəndaşı Moqbaliyev Seyfulla Eynulla oğlunun idarə etdiyi ?DAF? markalı, 20 BU 543 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı arxa baqajın, hava təmizləyici sisteminin borusunun içərisində, salonun, sipərin altında və avtobusun arxa hissəsində, çərçivəyə bağlanmış hava balonunun içərisində gizlədilmiş 20 ədəd bağlamada 22, 055 kq narkotik vasitə-həşiş qətranı və 12 ədəd bağlamada 12, 155 kq narkotik vasitə-tiryək aşkar olunaraq götürülmüşdür. Fakt üzrə DGK İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. İstintaqla müəyyən edilmişdir ki, Moqbaliyev Seyfulla Eynulla oğlu satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran İslam Respublikasının vətəndaşı Qulamrza Rəhman oğlu Ajori və şəxsiyyətləri istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmişdir. Q. Ajori əldə etdiyi 22, 055 kq həşiş qətranını və 12, 155 kq tiryəki İran İslam Respublikasının Astara şəhərində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə S. Moqbaliyevin idarə etdiyi ?DAF? markalı avtobusa yerləşdirərək Bakı şəhərinə aparmağı tapşırmış, sonuncu isə narkotik vasitələri keçirərkən yaxalanmışdır. Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşı Qulamrza Rəhman oğlu Ajori respublika ərazisini tərk etmək istəyərkən gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Beləliklə, İran İslam Respublikasının vətəndaşı Qulamrza Rəhman oğlu Ajori və Azərbaycan Respublikası vətəndaşı Moqbaliyev Seyfulla Eynulla oğlu DGK İstintaq İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə barələrində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir. Hazırda mütəşəkkil cinayətkar dəstələrin digər üzvlərinin müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA