Dövlətə xəyanətdə təqsirləndirilən hərbi əsirin zikayəti təmin edilməyib

img

16-06-2009 [04:16]


Ali Məhkəmədə dövlətə xəyanətdə təqsirlənirilən keçmiş hərbi əsirin apellyasiya instansiyasının ilkin hazırlıq iclasının qərarında verdiyi kasasiya şikayətinə baxılıb. Ali Məhkəmədən verilən məlumata görə, təqsirləndirilən Vüsal Heybətovun kasasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarının dəyişdirilməsi xahiş olunub. Hakim Fərhad Əliyevin sədrlik etdiyi məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin ilkin baxış qərarı dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, 2008-ci il aprelin 11-də Ermənistan hərbçiləri tərəfindən əsir götürülən əsgər Vüsal Heybətov həmin ilin mayın 3-də əsirlikdən azad olunub. Bundan sonra onun əsir düşməsi faktı ilə bağlı aparılan istintaq zamanı V. Heybətovun barəsində cinayət işi başlanıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Vüsal Heybətov Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA