Laçın sakini Xocalı sakinini güllələdi

img

16-06-2009 [02:06]


Bərdə rayonu Türkmən kəndi ərazisində qanlı olay baş verib. Orada məskunlaşmış Laçın rayon sakini Məhəmməd Şirinov qısqanclıq zəminində ov tüfəngindən atəş açaraq Xocalı rayon sakini Əliş Cavadova boyun nahiyəsindən xəsarət yetirib. Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Şirinov tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb. Şamaxı rayonu ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Samir Məmmədov münaqişə zəminində həmyerlisi Fəxrəddin İsmayılova küt alətlə xəsarət yetirib. Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov tutulub. Hər iki fakt üzrə araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA