Ötən ay 26 sərhədpozucusu yaxalanıb

img

12-06-2009 [04:34]


Dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2009-cu ilin mayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 20 halda 26 nəfər saxlanılıb. DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, tutulan sərhəd pozucularının 10 nəfəri Azərbaycan, 4 nəfəri Gürcüstan, 4 nəfəri Pakistan, 2 nəfəri Türkiyə, 2 nəfər İran, hər ölkədən 1 nəfər olmaqla Rusiya, Cənubi Afrika, Böyük Britaniya və Ukrayna vətəndaşıdır. Sərhəd rejim qaydalarını pozduğu üçün 215 halda 304 nəfər, vizası olmadığı üçün 42 halda 60 nəfər, vizalarının müddəti qurtardığı üçün 36 halda 43 nəfər, müvafiq sənədləri olmadığına görə 25 halda 38 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Ay ərzində saxta sənədlə 5 halda 6 nəfər, özgəsinə məxsus sənədlə 4 halda 4 nəfər, gizli şəkildə 1 halda 1 nəfər dövlət sərhədlərimizi keçməyə cəhd göstərərkən saxlanılıb. Axtarışda olan 83 nəfər saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Ötən ay 10 halda 25 kiloqram 713,3 qram narkotik maddə aşkar edilərək götürülüb. Xəzər dənizində sahilboyu rejim qaydaları yoxlanılarkən Azərbaycana məxsus 9 qayıq saxlanılaraq baxış keçirilib. Sərhəd rejim qaydalarına riayət etməyən 5 qayıqda 13 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində 68 halda ümumi dəyəri təxminən 484 min 607 manat olan qaçaqmal saxlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA