Abdulla Şaiqin nəvəsini mazın vurub, hadisəni törədən sürücü isə qaçıb

img

11-06-2009 [10:46]


Ötən gün axşam saat 20:00-radələrində Yasamal rayonu ərazisində yol qəzası qeydə alınıb. Belə ki, Fəxri Xiyabanın qarşısında yolu keçmək istəyən piyada Kamal Rzayev naməlum maşın tərəfindən vurulub. Qəzanı törədən sürücü isə dərhal hadisə yerini tərk edib. Yaralı Kamal Rzayev sol ayağının sınığı diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib və hazırda stasionar müalicə alır. Hadisə yerinə Yasamal rayon dövlət Yol Partrul Xidmətinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda qəzanı törədən sürücünün kimiliyi araşdırılır. Sakinlərin bildiridiyinə görə, tənha yaşayan elm xadimi 71 yaşlı Kamal Rzayev XX əsrin görkəmli şairi Adbulla Şaiqin nəvəsidir. ANSTV

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA