Elçin Behbudov ?Barmek?in həbsdə olan keçmiz prezidenti Hüseyn Arabulla görüzüb

img

10-06-2009 [03:42]


İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasında saxlanılan ?Barmek-Azərbaycan? şirkətinin keçmiş prezidenti, türkiyəli iş adamı Hüseyn Arbulla görüşüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən E.Behbudov hazırda şirkət prezidentinin vəziyyətinin qənaətbəxş olduğunu bildirib: ?Bu gün onunla görüşdüm, vəziyyəti pis deyil. On nəfərlik kamerada saxlanılır. Mənə dedi ki, kamerada ona hörmətlə yanaşırlar, ağsaqqal kimi qəbul edirlər. Düzdür, müəyyən xəstəlikləri var. Məsələn, şəkəri, gemaroyu var, amma ümumilikdə özünü normal hiss etdiyini dedi?. H.Arabulun ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini də deyən E.Behbudov, Dövlət Sərhəd Xidmətinin bu gün şirkət prezidenti ilə bağlı yaydığı məlumatdakı faklara da toxundu: ?Arabul onu da dedi ki, maşına oturub ora necə getməsindən xəbərsizdir. Yəni özü də bilmədən bu hərəkəti edib. Sərhəd Xidmətinin məlumatında onun başının rənglətdiyi də qeyd olunur, düzdür, ağsaqqal olduğuna görə mən ondan bu barədə soruşmadım, amma saçları qırmızı rəngdə idi. Bəli, deyəsən, saçlarını boyamışdı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA