Psixotrop maddələrin satızı ilə məzğul olan iki qadın həbs olundu

img

10-06-2009 [12:26]


DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu Ə.Kürçaylı küçəsindəki 4 nömrəli evin 59-cu mənzilində kirayənişin yaşayan Qazax rayon sakini Ülviyyə Əhmədova və Bakı şəhər sakini Laləzar Xəlilova həbs olunublar. Onlar ilə əlbir olaraq Rusiyanın Mahaçqala şəhərindən qaçaqmalçılıq yolu ilə gətirdikləri psixotrop maddələr olan 6.000 həb ?Relium?, 1550 ?Relanium? və 2.000 həb ?Seduksen? preparatlarını satarkən iş başında yaxalanıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA