22 yazlı Zeynal Abdullayev pis yola düzdüyünə görə bibisini qətlə yetirib

img

09-06-2009 [11:11]


Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Suraxanı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, saat 23.30 radələrində 22 yaşlı Bakı şəhər sakini Zeynal Abdullayev qısqanclıq zəminində Bülbülə qəsəbəsi, S. Bəhlulzadə küçəsi, Dongə 3, ev 1-də yaşayan 41 yaşlı bibisi İradə Abdullayevanı qaz şlanqı ilə boğaraq öldürüb. Sonra Z. Abdullayev könüllü olaraq hüquq mühafizə orqanlarına təslim olub. Zeynal Abdullayev istintaqa ilkin ifadəsində bibisini pis yola düşdüyünə görə öldürdüyünü deyib. Onun sözlərinə görə, hətta hadisə baş verən gün də bibisini evdə tanımadığı kişi ilə tutub. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA