Yevlaxda 15 yazlı qızı tüfənglə qətlə yetiriblər

img

08-06-2009 [03:54]


Yevlax rayonunda ağır qətl hadisəsi baş verib. Yevlax rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Hürüuşağı kənd sakini, 10-cu sinif şagirdi 15 yaşlı Nişanə Hüsənlü yaşadığı evdə həmin kənddə çobanlıq edən Şəki rayonu Böyük Dəhnə kənd sakini 26 yaşlı Niyaməddin Yusifov tərəfindən ov tüfəngi ilə başından vurulmaqla qətlə yetirilib. Qətldən sonra qaçıb qəbiristanlıqda gizlənən N. Yusifov Yevlax rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Qətlin motivi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA