iqtidardakı zəxslərdən biri Türkiyəli iz adamı Hüseyn Arabulu tora salıb

img

07-06-2009 [05:52]


[b]"Barmek-Azərbaycan" şirkətinin prezidenti Azərbaycana qarşı beynəlxalq məhkəmələrdəki iddialarından əl çəksə, həbsdən azad olunacaq [/b] "Barmek-Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabulun həbsdən azad edilməsi üçün apellyasiya şikayəti verilib. İş adamının vəkili Abbas Atakişi bildirib ki, H.Arabulun barəsində həbs-qətimkan tədbiri əsassızdır. Vəkilin sözlərinə görə, apellyasiya şikayətində 2 aylıq həbs-qətimkan tədbiri haqda qərarın ləğvi xahiş olunub: "Haqq-ədalət gözləyirik. Onun azadlığa çıxmasının mümkün olacağına inanırıq". A.Atakişi ANS PRESS-ə verdiyi açıqlamasında müdafiə etdiyi şəxsin səhhətində problemlər olduğunu da vurğulayıb: "Hüseyn Arabul qan təzyiqi, şəkərli diabetdən əziyyət çəkir, gözündən əməliyyat aparılıb. Təcridxana rəhbərliyinə onun sanitar hissəyə yerləşdirilməsi üçün müraciət etmişəm". Qeyd edək ki, H.Arabul iyunun 3-də saat 02.00 radələrində Şəmkir rayonu ərazisində Gürcüstanla sərhəddə, Alazan çayının kənarında Şəmkir Sərhəd Dəstəsinin sərhədçiləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz pozma) cinayət işi başlanıb, barəsində 2 ay müddətinə həbs-qətiimkan tədbiri seçilib. Hazırda o, Bayıl təcridxanasında saxlanılır. H.Arabul 2007-ci ildə dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq 1 milyon 370 min manat cərimə ödəməklə, 5 il şərti iş alıb. Hökmə əsasən, o, bu müddət ərzində Azərbaycanı tərk edə bilməz. H.Arabulun həbsindən sonra isə onun iqtidardakı qruplaşmalardan biri tərəfindən aldadılması ilə bağlı şaiyələr dolşmağa başlayıb. Belə ki, 2007-ci ildə H.Arabulun həbsinə nail ola bilməyən həmin qruplaşma lideri düşünülmüş şəkildə "Barmek"in rəhbərini tora salıb. Onun tərəfindən öyrədilən şəxslər H.Arabulla görüşərək, iş adamını inandırıblar ki, iqtidarla danışılıb və o, Azərbaycanı tərk edə bilər. Bu vədə inanan H.Arabul isə Gürcüstan sərhədinə üz tutub və nəticədə həbs edilib. H.Arabulun Azərbaycan iqtidarına qarşı beynəlxalq məhkəmələrdəki iddialarından geri çəkiləcəyi təqdirdə azad olunacağını deyənlər də var

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA