Bakıda qardaz bacısını küçənin ortasında bıçaqladı

img

06-06-2009 [09:57]


Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun ?Neftçilər? stansiyasının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, cavan bir qadın bıçaqlanıb. Yaralı ?Təcili yardım? maşını ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən fakt Lent.az-a təsdiqlənib. Bölmədən bildirilib ki, bıçaqlanan şəxs 1980-ci il təvəllüdlü Naxçıvan MR Şərur rayonunun Dərə kəndinin sakini Əliyeva Zahidə Mikayıl qızıdır. Onu qardaşı, 1982-ci il təvəllüdlü Əliyev Qadir Mikayıl oğlu bıçaqlayıb. Q.Əliyev 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Belə ki, bacısını başqası ilə görən Q.Əliyev bıçağa əl atıb. Hazırda xəstəxanada olan yaralının vəziyyətini öyrənmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA