Deputatın qohumları polis inspektorunu döyüblər

img

05-06-2009 [02:49]


İmişli Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin sahə inspektoru, polis mayoru Rüstəm Əliyev dünən evinin qarşısında Bakıda yüksəkmərtəbəli bina tikintisi ilə məşğul olan biznesmen İsa Məmmədov və onun oğlu tərəfindən döyülüb. Nəticədə polis mayoru baş nahiyyəsindən ciddi xəsarət alaraq, rayonun mərkəzi xəstəxanasına yerləşdirilib. Gecə saatlarında onun baş nahiyyəsinə üç yerdən tikiş qoyulub. Hazırda Rüstəm Əliyevin vəziyyətinin orta-ağır olduğu bildirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinin rayon şöbəsindən məlumat daxil olub. Məlumatda İsa Məmmədovla oğlunun polis mayoruna hücum etmələri ilə bağlı ilkin rəyin avtomobillərinə yol verilməməsi göstərilir: ?Camaat belə danışır. Amma hələlik rəsmi məlumatlar yoxdur. Faktla bağlı cinayət işi açılıb?. Məlumatda o da vurğulanır ki, İsa Məmmədovun oğlu ilə Müsavat Partiyasının rayon təşkilatının sədri, deputat İltizam Əkbərli bacanaqdır: ?Artıq İltizam Əkbərli rayondadır və onun rayon prokuroruna minnətçi düşdüyü bildirilir?. Hadisənin baş vermə səbəbləri ilə bağlı Rayon Polis İdarəsinin rəisi müavini Aqil Tağıyevlə danışmaq istəsək də, onun mobil telefonu şəbəkə xaricində olduğundan fakta rəsmi münasibət öyrənə bilmədik. İmişli Polis İdarəsindən adının çəkilməsini istəməyən başqa bir mənbə isə hadisənin baş verdiyini təsdiqləyib: ?Amma detalları barədə hələlik heç nə deyə bilmərəm. Fakt üzrə rayon prokurorluğu araşdırma aparır və lazımi məlumatları oradan ala bilərsiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA