Bakıdakı ?Oazis? restoranında bomba həyəcanı

img

04-06-2009 [05:09]


[b]Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparır[/b] Bakının Binəqədi rayonunda yerləşən ?Oazis? restoranına bomba qoyulması barədə polisə məlumat daxil olub. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, saat 16.00 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə naməlum şəxs tərəfindən zəng edilərək restorana partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub. Hadisə yerində hüquq mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarış aparır. Restoranın ətrafında təhlükəsizlik tədbirləri görülüb. Hələlik heç bir bomba aşkar edilməyib. Axtarışlar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA