DiN Əzizbəyov rayonunda baz verən qətllə bağlı məlumat yayıb

img

04-06-2009 [01:24]


Azərbaycanın Daxili İşlər Nazirliyi Bakının Əzizbəyov rayonunun Xaşaxuna bağlar sahəsində baş verən qətllə bağlı məlumat yayıb. Məlumata görə, dünən saat 20.30 radələrində Əzizbəyov rayonu Xaşaxuna bağlar sahəsi ev 178/3-də, orada yaşayanlar Tərlan Cəfərov və onun qardaşı Musa bıçaqla qətlə yetirilib, qohumları İsmayıl Cabbarov və Yeni Günəşli qəsəbə sakini Əfqan Mirzəyev isə bıçaq xəsarətləri alıblar. İ.Cabbarov və Ə. Mirzəyev xəstəxanaya yerləşdiriliblər. Əzizbəyov rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakinləri Ramin Ramazanov, Kamran Mirzəyev və onun qardaşı Mehrac saxlanılıb. Digər iştirakçıların müəyyən edilib tutulması üçün tədbirlər davam etdirilir. Əzizbəyov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA