Respublika Prokurorluğu ADNA-da törədilən cinayətlə bağlı istintaqı davam etdirir

img

03-06-2009 [04:20]


Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən cinayət hadisəsi ilə bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, hadisənin törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır: ?Müvafiq cinayət işi ilə əlaqədar istintaq-əməliyyat qrupunun müəyyən etdiyi digər zəruri məqamlar barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcək?. Qeyd edək ki, hadisə nəticəsində qətli törədən Fərda Qdirov da daxil olmaqla 13 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə), 120.2.7 (İki və ya daha çox şəxsi öldürmə), 29, 120.2.7 (Adam öldürməyə cəhd) və 228.1 (Qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Rəsmi məlumata görə, hadisə ilə bağlı artıq iki nəfər saxlanılıb. Saxlanılanlar Nadir Əliyev və Cavidan Amirovdur. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qəti-imkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA