Ermənilər Gədəbəy sakinini 200 qoyunla birlikdə öz tərəflərinə aparıb

img

03-06-2009 [02:09]


Dünən saat 14.00 radələrində Gədəbəy sakini İsrafil Həsənov otardığı qoyunlarla birlikdə Ermənistana tərəf aparılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayonundakı "Ağdaş" adlanan ərazidə Qaravəlilər kənd sakini İsrafil Həsənov kənd sakinlərinin 200 baş qoyunu otararkən 2 nəfər erməni qarşılaşıb. Ermənilər İsrafil Həsənovu ov tüfəngi ilə qorxudaraq qoyunlarla birlikdə Ermənistana aparıblar. Sonradan İsrafil Həsənovu buraxıblar, qoyunları isə saxlayıblar. Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA