Esmira Orucova: ?800-dən çox soydazımızı əsir və girovluqdan qaytara bilmirik?

img

02-06-2009 [03:34]


?1993-cü ildən Heydər Əliyevin təşəbbüsü ilə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi yaradılıb. O vaxtdan bəri hökumət əsirlikdə olan vətəndaşlarımızın geri qaytarılması və itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi istiqamətində çox böyük işlər görüb?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə açıqlamasında ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova deyib. Onun sözlərinə görə, bu məsələdə beynəlxalq təşkilatların Azərbaycana qarşı mövqeyi çox pisdir: ?Əlimizdə çoxlu dəlillər və şahid ifadələrinin olmasına baxmayaraq, dünya ictimaiyyəti Azərbaycana yox, işğalçı Ermənistana inanır. Bu nöqteyi-nəzərdən də 800-dən çox soydaşımızı əsir və girovluqdan qaytara bilmirik?. E.Orucova bildirdi ki, beynəlxalq təşkilatlar bu işlə məşğul olmaq istəmir: ?Bildiyiniz kimi, beynəlxalq hüquqa görə, münaqişə edən tərəflərdə bu problemin həlli, əsir və girovların qaytarlıması ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur. Bu işlə məşğul olan şəxs kimi deyə bilərəm ki, onların bu yöndə gördükləri işlər məni qane etmir. Bakı ofisinin rəhbərliyi daim ermənipərəst və ikili standartlardan çıxış edən bir qurumun mövqeyini nümayiş etdirir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA