Siyəzən rayonunda yol polisini qətlə yetirən zəxsin kimliyi bəlli olub

img

02-06-2009 [02:19]


Siyəzən rayonunda yol polisini qətlə yetirən şəxsin kimliyi bəlli olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu, 1981-ci il təvəllüdlü Rasim Adil oğlu Məmmədovdur. Saxlanılan şəxs əslən Kəlbəcər rayonundan olsa da, hazırda Bakının Zabrat I qəsəbəsində yaşayır. Siyəzən rayon Polis Bölməsindən verilən məlumata görə, R.Məmmdov "Opel Vectra" markalı maşınla Bakı-Quba yolunda yüksək sürətlə hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Bu zaman onun yanında qeyri-qanuni birlikdə yaşadığı qadın və uşağı olub. Yol polisi ilə razılıq əldə ediləndən sonra o, yoluna davam edib. Bu zaman növbəsi bitdiyi üçün Elçin İlyasov da onunla birgə Bakıya gəlmək üçün maşına əyləşib. Lakin Siyəzən rayonu ərazisində Xıdır Zində pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında hələlik bəlli olmayan səbəbə görə mübahisə düşüb. Nəticədə Rasim Məmmədov Elçin İlyasova çoxsaylı zərbələr endirərək onu qətlə yetirib. Siyəzən rayon Prokurorluğunun müstəntiqi Ramil Nəbiyev ANS PRESS-ə açıqlamasında faktla bağlı araşdırma aparıldığını bildirib. Onun sözlərinə görə, polisin meyiti hazırda Dəvəçi rayon morqundadır. Müvafiq ekspertizalardan sonra meyit ailəsinə təhvil veriləcək. Xatırladaq ki, Bakı şəhər, Xırdalan qəsəbə sakini olan 1965-ci il təvəllüdlü Elçin İlyasovun cəsədi bu gün səhər saatlarında Siyəzən rayonu ərazisindəki Xıdır Zində pirində tapılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA