Siyəzəndə yol polisi qətlə yetirilib

img

02-06-2009 [11:51]


Siyəzəndə Dövlət Yol Polisi Alayının 45 yaşlı əməkdaşı Elçin Tofiq oğlu İlyasov qətlə yetirilib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, onun cəsədi bu gün səhər saat 08.30-da Bakı-Quba yolunun 90-cı km-də Siyəzən rayonu ərazisindəki Xıdır Zində pirinin ərazisində tapılıb. Siyəzən rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı C-nin 120.1- maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açıllıb. Elçin İlyasovun döyülərək öldürüldüyü bildirilir. Hazırda hadisə yerində rayon prokurorluğunun və polis bölməsinin əməkdaşları işləyirlər. Hələlik səbəbləri barədə məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA