Prokurorluq əsgərlərin kütləvi zəhərlənməsi ilə bağlı arazdırmalarını davam etdirir

img

01-06-2009 [04:24]


Bir müddət öncə Qaraheybətdəki Təlim Mərkəzində əsgərlərin kütləvi zəhərlənmə faktı ilə bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən ciddi araşdırmalar aparılır. Qeyd edək ki, Qaraheybət Təlim Mərkəzində 164 nəfər əsgər qidadan zəhərlənib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, bununla bağlı başlanan cinayət işi üzrə təyin olunmuş ekspertizaların rəylərinin təqdim olunmaması və hazırda iş üzrə istintaq üçün zəruri ola bütün sübutların tam toplanmaması səbəbindən istintaqın hazırkı mərhələsində yekun qərara gəlmək və hər hansı bir fikir söyləmək mümkün deyil: ?Ekspertizanın rəyləri alındıqdan və toplanmış sübutlara hüquqi qiymət verildikdən sonra baş verənlərə, həmçinin mətbuatda yer alan bəzi ziddiyyətli məlumatlara aydınlıq gətiriləcək. E.Sultanov onu da bildirdi ki, hazırda Hərbi Prokurorluq tərəfindən qeyd edilən fakt üzrə bütün versiyalar ətrafında intensiv istintaq tədbirləri davam etdirilir. Onun sözlərinə görə, istintaqın gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA