Ermənistan silahlı qüvvələrinin bölmələri Ordumzun üzbəüz iki postunun qarzısında yanğın törədib

img

01-06-2009 [12:23]


Ermənistan silahlı qüvvələrinin bölmələri işğal altında olan ərazilərimizdə yanğınlar törətməkdə davam edirlər. Belə ki, erməni hərbi birləşmələri mayın 31-də saat 12.30-da Tərtər rayonunun Çaylı kəndinin yaxınlığındakı postun qarşısında və saat 19.20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığındakı postun qarşısında yanğın törədib, saat 18.05-dən 19.05-dək isə fasilələrlə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bütün hallarda düşmən cavab atəşilə susdurulub. İtki yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA