iki "VAZ-2106" traktorla toqquzub, iki nəfər ölüb

img

29-05-2009 [03:00]


Ucarda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 29-da saat 00.30 radələrində Ucar rayonunun Qulabənd kəndi ərazisində, kənd sakini Yasin Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı, Alpı kənd sakini Zaur Şirəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar və Bağırbəyli kənd sakini Vüqar Cəbrayılovun idarə etdiyi "Belarus" markalı traktor toqquşub. Nəticədə Z.Şəirəliyevin sərnişini, həmkəndlisi Samir Məmmədov hadisə yerində ölüb, xəsarət almış özü və digər sərnişini, həmkəndlisi Rövşən Əhmədov isə xəstəxanaya yerləşdiriliblər. Z.Şirəliyev orada ölüb. Ucar RPŞ tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA