20 təhsil müəssisəsi mühafizə olunmaları üçün DiN-ə müraciət edib

img

26-05-2009 [06:18]


Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı hadisədən sonra 20 təhsil müəssisəsi mühafizənin təmin olunması üçün Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə müraciət edib. Bunu Milli Məclisdə ?Polis haqqında? qanun layihəsinin müzakirəsi zamanı daxili işlər nazirinin müavini Oruc Zalov deyib. O.Zalov deyib ki, müraciət edən 20 təhsil müəssisəsinin əksəriyyəti özəl ali məktəblərdir və artıq Baş Mühafizə İdarəsi ilə onların arasında müqavilə bağlanıb: ?İdarə ümumilikdə 7 min müəssisənin mühafizəsi ilə məşğul olur. Əslində bütün təhsil müəssisələrində mühafizəçilər var, amma onlar silahlı olmadıqlarına görə hər hansı ciddi təhlükə yarandıqda nəsə edə bilmirlər. Amma idarə əməkdaşları silahlıdırlar və hər hansı təhlükə olduqda onun qarşısını almaq iqtidarındadırlar?. O.Zalov Baş onu da vurğulayıb ki, Mühafizə İdarəsinə müraciət edəcək təhsil müəssisələrinin sayının artacağı gözləniləndir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA