Ləkəranda 4 uzaq anası özünü asıb

img

25-05-2009 [03:25]


Mayın 24-də Lənkəran sakini, 4 uşaq anası 44 yaşlı Xalidə Abbasova yaşadıqları evin həyətyanı sahəsindəki yardımçı tikilidə özünü kəndirlə asıb. məlumata görə, Abbasovanın oğlu saat 17:00 radələrində hadisədən xəbər tutaraq, polis və rayon Prokurorluğuna zəng edib. Hadisə yeri müayinə edilib. Lənkəran rayon Məhkəmə Ekspertizası və Potoloji Anatomiya Zona Mərkəzinin rəisi Rafiq Qasımov hadisə günü jurnalistlərə mərhumun üzərində heç bir zorakılıq əlamətlərinin aşkarlanmadığını deyib. Ailə üzvləri qadının gərgin əsəb pozğunluğundan əziyyət çəkdiyini deyiblər. Faktla bağlı Lənkəran rayon Prokurorlugunda araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA