Bez əsgəri güllələyən Orxan Səfərov cinayəti təhqir olunduğuna görə törədib

img

24-05-2009 [05:01]


Şəmkir rayonu ərazisindəki Seyfəli poliqonunda keçirilən hərbi təlim zamanı baş vermiş hadisənin motivi və ölənlərin adları məlum olub. Hərbi Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bildirib ki, mayın 23-də əsgər Orxan Səfərov avtomat silahdan açdığı atəş nəticəsində hərbi hissənin çavuşları Mustafa Seyfəyevi, Taleh Hidayətov və Nəriman Əsgərxanov ölüb, əsəgərlər Ravil Ataşov və Şəhriyar Həsənov yaralanıb. İstintaqa ilkin ifadə verən Orxan Səfərov hadisəni ona qarşı edilən təhqiramiz hərəkətrlərə görə törətdiyini deyib. Onun sözlərinə görə, çavuş Mustafa Seyfəlov mayın 22-dən 23-ə keçən gecə O. Səfərobv yatarkən onun üzərində təhqiramiz hərəkətlər edib. Əsgərlər qarşısında təhqir olunduğuna dözməyən Orxan Səfərov mayın 23-də saat 11.00 radələrində hadisəni törədib. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, 20 yaşlı Orxan Səfərov 2008-ci ildə Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA