Gəncə zəhər Nizami rayon Hərbi Komissarlığının zöbə rəisi qətl hadisəsi törədib

img

23-05-2009 [04:52]


Gəncə şəhərində qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 23-də saat 05.30 radələrində Gəncə şəhəri Ə. Əliyev küçəsi ev 4/15-də Səfər Bayramov həmyerlisi Coşqun Mərdanov arasında qısqanclıq zəminində baş vermiş münaqişə zamanı onlar bir-birinə bıçaqla xəsarət yetiriblər. Nəticədə xəsarət almış S. Bayramov və C.Mərdanov xəstəxanaya yerləşdiriliblər. C.Mərdanov orada ölüb, S. Bayramovun vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsədn adamöldürmə) və 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə cinayət işi başlanıb. Qeyd edək ki, Səfər Bayramov Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığında II şöbənin rəisi işləyir. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA