Paytaxtda baz verən yanğında bir əsgər dünyasını dəyizib

img

23-05-2009 [11:55]


Xətai rayonu ərazisində ölüm və xəsarətlə nəticələnən güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın saat 04.15 radələrində Həzi Aslanov qəsəbəsi, 7-ci dairə küçəsində yerləşən sexlərdə qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar. Yanğın nəticəsində bir nəfər əsgər ölüb, iki nəfər ilə tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilb. Hadisə nəticəsində 300 kvadrat metrdən yuxarı ərazi tamamilə yanıb. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən bildirilib ki, yanğın nəticəsində Orxan adlı əsgər aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib, Fuad Rzayev və şəxsiyyəti hələlik məlum olmayan kişi dəm qazından zəhərlənib. Yanğın baş verən ərazi qeyri yaşayış sahəsi olub və taxta sexi kimi fəaliyət göstərib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə bildirilib ki, saat 04.20 radələrində stansiyaya yanğın barədə məlumat daxil olub. Hadisə yerinə gələn təcili yardım həkimləri hadisə yerindən bir meyit aşkar ediblər. Hadisə nəticəsində 40 və 22 yaşlarında, şəxsiyyəti məlum olmayan iki nəfər xəsarət alıb. Meyit hərbi hissənin meyitxanasına təhil verilib, yaralılar isə Yanıq Mərkəzinə aparılıb. Faktla bağlı Xətai rayon Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırlıma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA