Oğurluqla məzğul olan 4 nəfər həbs olunub

img

21-05-2009 [03:36]


Sabunçu RPİ 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Cəbiyevin bağ evindən oğurluq etmiş Nardaran qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş Abdulla Abdullayev tutulub. Nəsimi RPİ-nin əməkdaşları isə Orxan Nağıyevə məxsus avtomaşından oğurluq etmiş Ağsu rayon sakini Tural Zərbəliyevi yaxalayıblar. Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları B.Bədəlova məxsus mağazadan oğurluq etmiş Biləsuvar rayon sakini İslam Fətullayevi həbs ediblər. Tovuz polisi isə Ədalət Səfərova məxsus mağazadan oğurluq etmiş İbrahimhacılı kənd sakini, əvvəllər məhkum olunmuş Akif Qaracayevi həbs edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA