Salyan rayonunda narkomaniyaya qarzı mübarizə gücləndirilir

img

19-05-2009 [05:35]


Salyanda narkamaniyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə həsr olunmuş yığıncaq keçirilib.Tədbirdə rayonun icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, təhsil müəsisələrinin, bələdiyyələrin rəhbərləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Müstəqil İnformasiya Agentliyinin bölgə müxbirinin verdiyi məlumata görə, çıxış edən rayon ictimaiyyətinin nümayəndələri cəmiyyətin bəlasına çevrilmiş "ağ ölümə" qarşı mübarizənin zəruriliyindən danışaraq, rayona yeni təyin olunmuş polis rəisi Fuad Məmmədlinin bu sahədə gördüyü işləri bəyəndiklərini və narkomaniyaya qarşı mübarizənin bundan sonra da daha qətiyyətlə aparılmasını arzu etdiklərini bildiriblər. Yığıncaqda çıxış edən Salyan rayon polis şöbəsinin rəisi F.Məmmədli polis əməkdaşlarının narkomaniyaya qarşı son vaxtlar həyata keçirdikləri tədbirlər barədə məlumat verib və bu işdə rayon ictimaiyyətinin də yaxın köməyinə ehtiyac duyulduğunu deyib. Polis rəisi bildirib ki Salyanda narkomaniyaya qarşı mübərizə tədbirlərinin uğurla həyata keçirilməsini ən ümdə vəzifə kimi qarşıya məqsəd qoyublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA