Ata və oğula bıçaqla ağır bədən xəsarəti yetirən Hafiz Hüseynov tutulub

img

19-05-2009 [03:36]


Mayın 19-da saat 00.50 radələrində Xırdalan şəhər sakini Aidə Hüseynova polisə zəng edərək oğlu Elnurun kürəkəni Hafiz tərəfindən bıçaqlanması barədə məlumat verib. Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində məlumat təsdiqini tapmış, Hafiz Hüseynovun münaqişə zəminində qohumları Elnura və onun atası Məhəmmədə bıçaqla ağır bədən xəsarəti yetirməsi müəyyən edilib. H.Hüseynov tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA