Maliyyə Nazirliyində müəammalı islahatlar

img

19-05-2009 [12:30]


[center][b]Samir Şərifovun yeni təyinatları və yoxlamaları xeyli suallar yaradıb [/b][/center] 2009-cu ilin fevral ayının 9-da prezident İlham Əliyevin "Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında" fərmanından sonra maliyyə naziri Samir Şərifov rəhbərlik etdiyi qurumda struktur və kadr dəyişikliyini davam etdirir. Nazirin daxili əmrilə paytaxtı əhatə edən 11 rayonun maliyyə idarələri ləğv edilərək, onların bazasında rayon xəzinədarlıq idarələri yaradılıb. "Reytinq"i məlumatlandıran şəxsin sözlərinə görə, Samir Şərifov yalnız Bakı şəhər Baş Maliyyə İdarəsini əvvəlki statusunda saxlayıb. Maraqlı məqamlardan biri də odur ki, nazir maliyyə idarələrinin bazasında xəzinədarlıq idarələrinin yaradılması qərarına paralel olaraq, kadr dəyişikliyi də edib: "Nazirin əmrilə ilə aprel ayının ortalarında 9 saylı Səbail xəzinədarlıq idarəsinin rəisi, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov 7 saylı (Nərimanov) xəzinədarlıq idarəsinin rəisi təyin edildi. 7 saylı Nərimanov xəzinədarlıq idarəsinin rəisi Rauf Hacıyevə yeni vəzifə verilməsə də, 9 saylı idarəyə Yəhya Muradov təyinat alıb. Nazir eyni gündə 10 saylı Sabunçu və 11 saylı Suraxanı xəzinədarlıq idarələrinin rəislərini də "vurub". Daha dəqiqi, Suraxanı xəzinədarlıq idarəsinin rəisi vəzifəsinə ləğv olunmuş Sabunçu maliyyə idarəsinin rəisi Bayram Bayramov təyin edilib. Suraxanı maliyyə idarəsinin rəisi Hüseyn Qarayev isə sərəncama götürülüb". Nazirin maraqlı əmrlərindən biri də 5 saylı Qaradağ Xəzinədarlıq İdarəsinə aiddir. Mənbənin sözlərinə görə, bu idarəyə rəis göndərilən Mirzə Mirzəyev vaxtilə Əzizbəyov, sonra isə Xətai rayon Maliyyə İdarəsinin rəisi vəzifələrində çalışıb: "Bu təyinatın özəlliyi odur ki, Mirzə Mirzəyev Xətai Maliyyə İdarəsində yol verdiyi ciddi nöqsanlar səbəbindən tutduğu vəzifədən kənarlaşdırılmışdı. Yadınızdadırsa, Xətai maliyyə idarəsinin rəisi vəzifəsində işləyərəkən, onun şəxsi noutbuku da oğurlanmışdı. Həmin vaxtı maliyyə strukturlarında belə bir söz-söhbət yayılmışdı ki, Mirzə Mirzəyev oğurlanmış həmin şəxsi noutbokunda idarənin məxfi maliyyə əməliyyatları ilə bağlı məlumatları saxlayırmış. Sözüm ondadır ki, onun tələm-tələsik "vurulması"nda bu məqam da önə çəkilirdi. Bundan əlavə, onun başqa "əməlləri" də var ki, bu da Mirzə Mirzəyevin yenidən idarə rəisi təyin olunmasına imkan vermirdi. Amma Samir Şərifov bu nöqsanları nəzərə almadan onu yenidən vəzifəyə təyin etdi". Nazirin digər əmrlərindən biri də 6 saylı Nizami Xəzinədarlıq İdarəsilə bağlı olub. Bu yeni idarəyə Nizami rayon maliyyə idarəsinin rəisi Nizami Məmmədrzayev can atsa da, nazir həmin idarəyə heç kəsi təyin etməyib. Hələlik idarəyə Dövlət Xəzinədarlıq İdarəsinin əməkdaşı Elmar Piriyevi müvəqqəti rəhbərlik edir. Güman ki, yaxın müddətdə həmin idarəyə yeni təyinat olacaq: "Nazirin bu rayon barədə fərqli qərar verməsinin əsas səbəbi, məncə, bu idarədə az öncə aparılan yoxlamalar olub. Deyilənə görə, təftiş zamanı Nizami Məmmədrzayevin ciddi nöqsanları aşkarlanıb. Ona görə də nazir onu vəzifəsindən uzaqlaşdırıb. Amma 6 saylı Nizami Xəzinədarlıq İdarəsinə hansı səbəbdən rəhbər təyin edilməməsi bir qədər düşündürücüdür. Görünür, nazir bir neçə rayonda aparılan təftiş işlərinin yekunlaşmasını gözləyir. Hesab edirəm ki, bu yoxlamalar bitər-bitməz Samir Şərifov yenidən kadr dəyişikliyinə imza atacaq. O zaman Nizami Xəzinədarlıq İdarəsinə də təyinat olacaq". Bölgələrdəki yoxlamalara gəlincə, mənbə əyalətlərdə aparılan yoxlamaların formal xarakter daşımasından təəssüfləndiyini deyib: "Məsələn, İmişli Maliyyə İdarəsində aparılan 2-3 aylıq yoxlamalar maraqlı sonluqla başa çatdı. Belə çıxdı ki, rayonun son 7 illik maliyyə fəaliyyətində heç bir nöqsan olmayıb. Yəni büdcə vəsaitləri təyinatına uyğun xərclənib, mənimsəmələr olmayıb və s. Yalız rayondakı Dəmiryolu Xəstəxanasının baş həkimi Tərlan Vəliyevi bir qədər qorxuya salıb, səhhətini ağırlaşdırdılar. Qalan idarələr isə guya maliyyəni şəffaf xərcələyiblər. Buna inanmaq üçün rayona ayaq basıb, cəmi bir saatlıq müşahidə aparmaq yetər ki, İmişlidə yoxlamaya rəhbərlik etmiş nazirlikdə "Balta" ləqəbli Süleyman müəllimin yoxlamanı nə dərəcə obyektiv apardığı aydınlaşsın. Təəssüf ki, digər rayonlarda aparılan yoxlamalar da İmişlidəkindən fərqli olmayıb. Yəni təftişi "al gülüm, verim gülüm"lə yekunlaşdırıblar".

Digər xəbərlər
SON XƏBƏRLƏR